Xəbər lenti

300 cihadçı yalanı – Türk köşə yazarı Qarabağdan yazdı
07:23 03.10.2020

300 cihadçı yalanı – Türk köşə yazarı Qarabağdan yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo "Hürriyyət” qəzetinin köşə yazarı Ahmet Hakanın növbəti yazısını təqdim edir:

300 cihadçı yalanı 300 spartalıdan təsirlənmə deyilmi?

Azərbaycana 300 cihadçı gedibmiş.

Bunu Qərb mətbuatı yazır. Bunu Makron deyir. İçimizdən bəziləri də buna inanır.

*

"300 cihadçı gedib... Türkiyə yollayıb...” deyib-durular.

300 cihadçı yalanı "300 Spartalı”dan təsirlənmə olmasın?

Bu, "300 Spartalı” filmindən təsirlənmə olmalıdır ki...

301 deyil, 299 deyil, düz 300 deyirlər.

*

Ağıl yox, məntiq yox.

Bir qram ağıl olsa, bir qram məntiq olaydı keşkə...

Belə fikirləşirlər:

*

10 milyonluq Azərbaycan... Ordusunu modernləşdirib... Ən təsirli silahalara sahib... Belə bir ölkənin 300 cihadçıya nə ehtiyacı ola bilər?

300 cihadçı yalanı "300 Spartalı”dan təsirlənmədirmi?

*

Bunların hamısının üstündən keçdim.

İrəlilədikcə irəliləyən, meydanda üstün olan, küləkləri geridə qoyan Azərbaycan üçcə yüz cihadçıya görə beynəlxalq arenada özünü niyə çətin vəziyyətə salsın ki?

*

Vallahi bir qram ağılları yox, billahi bir qram məntiqləri yox.

*

Bəziləri "Ağılları da var, məntiqləri də var. Onlar da bilirlər dediklərinin yalan olduğunu. Bilərək yalan danışırlar. Adamların tək istədiyi Azərbaycan əleyhinə təbliğat aparmaq” deyə bilərlər.

*

Bu qədər əsassız söhbətlərə inanılacağını düşünürlərsə...

Eyni şeyi söyləməyə davam edirəm:

*

Vallahi bir qram ağılları yoxdur, billahi bir qram məntiqləri yoxdur.

Oxşar xəbərlər