Xəbər lenti

33 dərəcə isti olacaq
Ölkə08:11 03.06.2013

33 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə olacaq.

İyunun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.

İyunun 4-dən 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Qaynar.info