Xəbər lenti

33 yaşlı kişi özünü bıçaqladı - Balakəndə
Ölkə20:02 02.11.2014

33 yaşlı kişi özünü bıçaqladı - Balakəndə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Balakəndə isə 33 yaşlı kişi intihara cəhd edib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX)  APA-ya nın verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1981-ci il təvəllüdlü Eldəniz Qurban oğlu Bodurov bədəninin qarın nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. 

Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. E. Bodurovun  vəziyyəti orta-ağır qiymətləndirilir. 

Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Eldəniz Bodurovun yaşadığı evdə baş verib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, Eldəniz Bodurov ailə münaqişəsi zəminində valideyni ilə mübahisə edib və özünə xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info