Xəbər lenti

36 mindən çoxu şagird ana dilindən "2" qiyməti alıb
Ölkə11:17 04.07.2016

36 mindən çoxu şagird ana dilindən "2" qiyməti alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında şagirdlərin fənnlər üzrə aldıqları qiymətlərə dair statistik göstəriciləri açıqlayıb.

Qaynarinfo.az-ın məlumatına görə, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) “2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) “2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) “2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) “2” qiyməti alıb. 

Xatırladaq ki, ümumilikdə bu imtahanlarda 104 476 nəfər IX sinif şagirdi, 84 589 nəfər XI sinif şagirdi iştirak edib.

Qaynarinfo.az