Xəbər lenti

37 yaşlı qapıçı çempionat matçında het-trik etdi (VİDEO)
İdman09:50 17.02.2022

37 yaşlı qapıçı çempionat matçında het-trik etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanda 37 yaşlı qapıçı Qriqoris Atanasiou bir oyunda het-trik etməklə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, Yunanıstanın 4-cü liqasında keçirilən bir matçda Atanasiu het-triki ilə diqqət çəkib. "Aetos Vassilikon" və "Pavlos Melas" arasında baş tutan matçda qonaqların qapıçısı vurduğu qollarla diqqət çəkib.
Bununla belə, təcrübəli qolkiper qolların hamısını penaltidən vurub. "Pavlos Melas" matç boyu 3 penalti qazanıb. Athanasiou hər üç penaltini qola çevirməyi bacarıb. 
<iframe width="660" height="400" src="https://www.youtube.com/embed/stbEqRbbm-c" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Səbuhi Həsənov