Xəbər lenti

390 minə alınan futbolçu üçün 120 milyon tələb olunur
İdman07:44 13.05.2023

390 minə alınan futbolçu üçün 120 milyon tələb olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasının bombardirlərindən olan "Brentford"un futbolçusu İvan Toney effektiv oyunu ilə həm səviyyəsini, həm də dəyərini ikiqat artırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Tomas Frank açıqlama verib. 
Mütəxəssis "Vest Hem"lə qarşılaşmadan öncə təriflədiyi oyunçunun həm də əlavə dəyər qazandığını vurğulayıb. Məşqçi hücumçunun "Arsenal"ın müqavilə imzalamaq istədiyi Deklan Raysdan daha bahalı ola biləcəyini söyləməkdən çəkinməyib.
"Vest Hem" ulduzu Rays üçün 120 milyon avro tələb etdiyi bildirilir. Tomas Frank "London Football News"a açıqlamasında "Düşünürəm ki, Rays əla oyunçudur, lakin hücumçular daha bahalıdır. Ona görə də Toney daha baha başa gələcək. 20-dən çox qol vuracağına zəmanət verə biləcək bir forvard üçün nə qədər pul ödəyərdiniz? Orta səviyyəli bir klub üçün 20 qol vurmaq əladır. Daha nə edə bilər? Böyük klubda bunu etmək onun üçün daha asan olardı. Mən İvan Toneyi sevirəm və hesab edirəm ki, onun burada gördüyü işlər əladır. Onun əldə edəcəyi çox şey var, buna şübhə yoxdur. Düşünürəm ki, daha da yaxşı olacaq", deyib.
Toney "Brentford"un heyətində indiyə qədər meydana çıxdığı 33 oyunda 20 qola imza atıb. "Brentford" 2018-ci ildə İvan Toneyi "Nyukasl"dan 390.000 avroya almışdı.
Səbuhi Həsənov