Braziliya klubu "Flamenqo"nun baş məşqçi postuna 4 ay əvvəl gətirilən Vitor Pereyra ilə yollar ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Açıqlamada 54 yaşlı çalışdırıcı ilə imzalanan müqaviləyə xitam verildiyi bildirilib.
Ötən ilin dekabrında baş məşqçi təyin olunan mütəxəssisin rəhbərliyi altında "Flamenqo" 4 ay ərzində iştirak etdiyi 4 turnirdə istədiyi nəticəni qazana bilməyib.
Braziliya Superkuboku, Cənubi Amerika Superkuboku və Braziliya Karioka turnirinin final mərhələsində mübarizəni dayandıran "Flamenqo" klublararası dünya çempionatının yarımfinalında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal”a da məğlub olub.
Pereyra daha əvvəl (2015-2016, 2021) Türkiyə klubu "Fənərbağça”da çalışıb.
Səbuhi Həsənov