Xəbər lenti

4-cü mərtəbədən yıxılan 4 yaşlı uşaq sağ qaldı - MÖCÜZƏ
Ölkə06:09 02.10.2013

4-cü mərtəbədən yıxılan 4 yaşlı uşaq sağ qaldı - MÖCÜZƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elgün Aslanzadə eyvandan yıxıldıqdan sonra yalnız qabırğaları sınıb

Ötən gün saat 15:52 radələrində Bakının Xətai rayonu ərazisində qəribə hadisə baş verib. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin təhqiqatçısı Həsən Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, Sarayev küçəsi 7, mənzil 98 ünvanında yaşayan 4 yaşlı Elgün Anar oğlu Aslanzadə 4-cü mərtəbədən yıxılıb.

Uşaq hündürlükdən yıxılmasına baxmayaraq sağ qalıb. Onun yalnız qabırğaları sınıb. Kliniki Tibbi Mərkəzə yerləşdirən Elgün Aslanzadənin həyatı üçün heç bir təhlükə yoxdur.

“Uşaq evdə anası ilə olub. O, nəzarətsiz qalıb. Uşaq eyvana çıxaraq pəncərədəki tora söykənib. Tor onu saxlamayıb və yerə yıxılıb. Hadisə sırf ehtiyatsızlıqdan baş verib”, - deyə Həsən Səfərov bildirib.

Qaynar.info