Xəbər lenti

Tokio-2020: Azərbaycan üzgüçüsü ikinci qızıl medalını qazandı (YENİLƏNİB)
İdman08:31 31.08.2021

Tokio-2020: Azərbaycan üzgüçüsü ikinci qızıl medalını qazandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Qaynarinfo-nun məlumatına görə, o, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bütün rəqiblərini qabaqlayıb. Saley məsafəni 52.69 saniyəyə qət edib.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib.
11.05
Tokio-2020 Yay Paralimpiya Oyunlarında idmançılarımız çıxışlarını davam etdirir.
Milli Paralimpiya Komitəsindən Qaynarinfoya verilən məlumata görə bu gün mübarizəyə qoşulan 6 idmançımızdan 4-ü final mərhələsinə vəsiqə qazanıb. 
Üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (100 metr - sərbəst) kateqoriyasında 53.89 saniyə nəticə ilə final mərhələsinə adını yazdıra bilib. 
Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçiləri 100 metr kateqoriyasında (T13) yarışan Lamiyə Vəliyeva 12:09, Yuliya Yanovskaya 12.41, Yelena Çebanu isə 12:16 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. Final Bakı vaxtı ilə saat 14:57 - də start götürəcək.
Güllə atıclığı üzrə 2 idmançımız Kamran Zeynalov və Yelena Taranova isə (P12 - 10 metr) təsnifat mərhələsində mübarizəni dayandırıb.
Hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. İlk pillədə isə 58 qızıl medalla Çin dayanır.
Səbuhi Həsənov