
Bu ilin iyulunda Şirvan şəhərində hərbi zavodda baş verən partlayışla bağlı həmin zavodun vəzifəli şəxsləri işdən çıxarılıb.
Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov müvafiq əmr imzalayıb. Əmrə əsasən, “Araz” zavodunun baş mühəndisi Gündüz Bünyadov, sahə rəisi Salamat Əliyev, təhlükəsizlik xidmətinin rəisi Tofiq Quliyev və “Araz” zavodunun tabe olduğu "Üfüq" İstehsalat Birliyinin baş mühəndisi Yavər Fətullayev tutduqları vəzifədən azad ediliblər.
Qeyd edək ki, vu il iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, xeyli sayda adam yaralanıb.