Xəbər lenti

4 yaşlı uşaq beşinci mərtəbədən yıxılıb öldü
Ölkə09:29 19.08.2013

4 yaşlı uşaq beşinci mərtəbədən yıxılıb öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdədə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan Hidayətovlar ailəsinin 4 yaşlı üzvü eyvanın pəncərəsinə vurulan tora söykənərək küçəyə baxmaq istəyib. Torun qırılması nəticəsində 2009-cu il təvəllüdlü Hidayətov Kənan Samir oğlu beşinci mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 
Qaynar.info