Xəbər lenti

“44 günə işğalçılara qalib gələ bildik, 344 aydır AZAL-a qalib gələ bilmirik” - Ekspert
Ekonomiks11:53 18.05.2022

“44 günə işğalçılara qalib gələ bildik, 344 aydır AZAL-a qalib gələ bilmirik” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Hava Yolları” QSC (AZAL) son maliyyə hesabatını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb.
"Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək. 
Bunun bir adı var - oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik”, deyə ekspert bildirib.
Aydın