Xəbər lenti

5 hakimin səlahiyyət müddəti bitdi
Ölkə15:55 28.09.2017

5 hakimin səlahiyyət müddəti bitdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb.

APA-nın xəbərinə görə, bunlar – İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir.

Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.

Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatırr. Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.

Qaynarinfo.Az