Xəbər lenti

5 yaşlı əfqan uşaq əsl arzusuna indi çatdı - FOTOLAR
İdman15:11 25.02.2016

5 yaşlı əfqan uşaq əsl arzusuna indi çatdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanlı 5 yaşlı uşaq Murtaza Əhmədi əsl arzusuna çatıb.

Qaynar.info xəbər verir ki, "Barselona"nın argentinalı ulduzu Leonel Messinin fanatı olan Əhmədiyə növbəti forma verilib.

Bu dəfə Messinin imzası olan Argentina millisinin forması. Murtaza bu haqda belə deyib: "Mən Messini sevirəm və formamda yazılıb ki, Messi də məni sevir".

Qeyd edək ki, bu forma Leonel Messinin xoşməramlı səfiri olduğu Yunisef (UNİCEF) tərəfindən əfqan uşağa çatdırılıb.

Xatırladaq ki, Murtaza Əhmədinin atası Arifin hazırladığı polietilen bağlamalarla futbol oynamasına dair şəkillərin yayılması sosial şəbəkələrdə çox müzakirəyə səbəb olmuşdu. Həmin şəkillərdə də onun Messinin Argentina formasına bənzər geyindiyi görünürdü. Əfqanıstan Futbol Federasiyası isə ona "Barselona"nın formasını təqdim etmişdi.

Qaynar.info