Bakıda "50 qəpik - yemək bazarı" restoranlar şəbəkəsinin dövlət büdcəsinə vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 30 AZN, qanuni təmsilçi Rəşid Dadaşov Süleyman oğlu olan "50 qəpik - yemək bazarı" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 67 min 900 manat 39 qəpik vergi borcu var.
Artıq Bakı Apellyasiya Məhkəməsində vergi inzibati orqanlarının aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə MMC arasında məhkəmə prosesi gedir.
Qeyd edək ki, Bakıda "50 qəpik" brendi altında tanınan şəbəkəyə aid bir sıra restoranlar daxildir. Ötən ilin iyun ayının 2-də paytaxtın "Qış parkı"nda yerləşən "50 qəpik - yemək bazarı" restoranı bağlanmışdı.
Əhməd