Xəbər lenti

51 yaşlı idmançı Almaniya millisinə çağırıldı
İdman13:38 30.10.2023

51 yaşlı idmançı Almaniya millisinə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Konkisürmə Assosiasiyasının mətbuat xidməti sosial şəbəkələrdə 51 yaşlı Klaudiya Peçşteynin dünya çempionatı üçün yığmaya çağırıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Peçşteyn 5000 metr məsafəyə qaçış yarışında iştirak edəcək idmançılardan biri olacaq.
Oktyabrın 28-də Peçşteyn Almaniya çempionatının qalibi olaraq karyerasının 43-cü titulunu qazanıb. O, 5 dəfə Olimpiya qızılına sahib çıxıb. Bundan əlavə, Peçşteyn 2 dəfə Oyunlarda gümüş və bürünc medal qazanlb. Ardıcıl 11 il klassik çoxnövçülük üzrə dünya çempionatının medalçısı olub. Peçşteyn bütün idman növləri üzrə 8 Qış Olimpiya Oyunlarında iştirak edən yeganə qadındır. Alman sovet xizəkçisi Raisa Smetaninadan sonra ardıcıl 5 Qış Olimpiya Oyunlarında medal qazanmağı bacaran ikinci qadın olub.
Aydın