Xəbər lenti

578 milyon manatı ölkəyə qaytarmayan iş adamına məxsus şirkətin 772 min manat borcu var
Ekonomiks 15:47 28.04.2026

578 milyon manatı ölkəyə qaytarmayan iş adamına məxsus şirkətin 772 min manat borcu var

Kənd təsərrüfatı məhsullarının icraxı ilə məşğul olan "My Vegetables" şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo xəbər verir ki, vergi sistemində şirkətin 772 868,44 manat borcu olduğu göstərilir. Şirkət aktiv vergi ödəyicisi olsa da, borc uzun müddətdir ki, mövcuddur. 

"My Vegetables" şirkəti 4 avqust 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi İmanov Röyal Mahir oğludur. 

Röyal İmanov "My Vegerables” MMC-nin rəhbəri olsa da, təsisçisi deyil. Şirkətin təsisçisi Gündüz Hüseynovdur. 

O, 2025-ci ildə 3 il müddətinə azadqıldan məhrum edilib. Gündüz Hüseynov ixrac edilən 578 milyon manat dəyərində kənd təsəsrrüfatı məhsuldan əldə olunan vəsaitləri ölkəyə qaytarmayıb. 

Gündüz Hüseynovla birgə Röyal İmanov da məsuliyyətə cəlb edilib. Onunla bağlı cinayət işinin yekunu haqqında açıq mənbələrdə məlumat yoxdur. 

Seyid
--> -->