Xəbər lenti

6 ayda 42 min uşaq
Ölkə 16:34 24.07.2024

6 ayda 42 min uşaq "qətli" - Azərbaycanda abortların sayı niyə artıb?

"Son aylarda Azərbaycanda həyata keçirilən abortların sayı hədsiz artıb". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva deyib. Həkim bunun səbəblərini hamiləlikdən qorunma metodlarından qadınların xəbərsiz olması ilə əlaqələndirib:

"Xəstələr bununla bağlı maarifləndirilmir, bu istiqamətdə  heç bir məlumatdan xəbərləri yoxdur. Maddi vəziyyətləri aşağıdır. Ailədə uşaqların sayının çoxluğu da mühim yer tutur. Son aylarda inkişafdan qalan hamiləliklərin də sayı çoxdur. Bundan əlavə qadınlar qanaxma halları ilə  müraciət edirlər. Hətta onların arasında ilk həftələrdə qanaxma halları ilə üzləşənlərdə az deyil. Hamilə qadınların bu vəziyyətə gəlib çatmasında infeksion xəstəliklərin də rolu olur".
 


Vüsalə Ağabalayeva ailələrdə maddi vəziyyətin çox aşağı olduğunu diqqətə çatdırıb:

"Protokollarda ailələrdə çoxsaylı uşaqların olması bildirilir. Qorunma motodları ilə bağlı maarifləndirmə işləri həyata keçirilməlidir. Hamilə qadınlar hamiləliyi sonlandırmaq üçün ucuz başa gəlin deyə dərmanlara əl atırlar. Evdə dərmanlardan istifadə edirlər. Elə ona görə də qanaxma halları ilə xəstəxanaya daxil olurlar".
 
Qeyd edək ki, Azərbaycanda 6 ayda 42 min abort 2024-cü ilin altı ayında ölkə ərazisində icbari tibbi sığorta hesabına 42 039 abort icra olunub. İcbari Tibbi Sığorta Agentliyinin təqim etdiyi məlumatlara istinadən abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->