Xəbər lenti

6 rayon qazsız qalacaq
Ölkə10:41 01.05.2013

6 rayon qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaz xətlərində təmir işləri aparılır

Yevlax, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ANS PRESS-in ARDNŞ-in "Azəriqaz" ASC-yə istinadən verdiyi xəbərə görə, təmir işləri ilə əlaqədar olaraq, 01 may 2013-cü il tarixdə saat 10:00-dan saat 19:00-dək “Xaldan” Qazpaylayıcı Stansiyasından Qəribli kəndinə gedən qaz kəmərində, “Oğuz”, “Şəki”, “Qax”, “Zaqatala”, “Balakən” Qazpaylayıcı stansiyaları, eləcə də “Makov” və “Katex” Qaztənzimləyici məntəqələrindən təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Yevlax, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info