"Vogue" jurnalının redaktorları payızda dəbə minəcək əsas saç düzümü trendini açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
"Arı pətəyi" adlanan saç düzümü başın təpəsində arı pətəyini xatırladan dairəvi siluetinə görə belə adlandırılıb. Bu saç düzümü saçların həcm əldə etməsi üçün intensiv daranması, daha sonra isə tellərin hamarlanaraq sabitlənməsi ilə yaradılır. Nəticədə saçlarda havalı və həcmli forma qorunub saxlanılır.
Yay aylarında "Vogue Italia" redaktorları mikrotopları mövsümün trendi elan etmişdilər. Ekspertlərin sözlərinə görə, müxtəlif rəng və fasonlarda mikrotoplar dəbdə olacaq.
Aydın
Şərhlər