Xəbər lenti

60 şirkətə sanksiya: Ələkbərov təhlükədədir
Ekonomiks06:28 07.02.2015

60 şirkətə sanksiya: Ələkbərov təhlükədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ABŞ, Avropa Birliyi, Böyük Yeddiliyin Rusiyaya qarşı yürütdüyü sanksiyalara qoşulub. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın İqtisadi İnkişaf və Ticarət naziri Ayvaras Abromaviçus çıxış edib.
O, qərarın yanvarın 25-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında qəbul edildiyini bildirib. Nazir həmçinin Rusiyanın 160 şirkətinin də sanksiyalar siyahısına daxil edildiyini deyib.
Qeyd edək ki, Ukrayna mətbuatı sanksiyalar tətbiq edilən şirkətlərin və şəxslərin siyahısında “Lukoyl” və onun prezidenti Vahid Ələkbərovun adının olma ehtimalını irəli sürüb. Mətbuat bunu bir müddət öncə Ukrayna Təhlükəsizlik Xidmətinin “Lukoyl”u Donetskdəki terrorçulara maliyyə yardımı edərək ona qarşı cinayət işi açması ilə əlaqələndirib.
Qaynar.info