Fransa millisinin və PSJ-nin ulduzu Kilyan Mbappe üçün maraqlı iddia irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, heç bir dostu olmayan futbolçunun dost axtardığı bildirilir. Hətta onun axtarış üsulu eşidənləri təccübləndirib.
"Get French Football News"un xəbərinə görə, dünyaca məşhur fransalı özünə dost axtarır. Qazandığı milyonlarla avroya rəğmən heç kimlə yaxın münasibətdə olmadığı bildirilən Mbappenin villasında təşkil edəcəyi partiyə gələnlərə 1000 avroluq dostluq bonusu verəcək. Məşhur futbolçunun bu təklifi Fransada ən çox danışılan mövzulardan birinə çevrilib.
PSJ mövsümün əvvəlində 23 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb. Onun bu proses üçün ümumilikdə 600 milyon avro qazanacağı bildirilir. Mbappenin PSJ-də xoşbəxt olmadığı və klubdan ayrılmaq istəməsi ilə bağlı xəbərlər də dolaşmaqdadır.
Səbuhi Həsənov