Xəbər lenti

62 yaşlı Şəki sakini Ağciyər İnstitutunda öldü (RƏSMİ)
Ölkə08:28 01.05.2020

62 yaşlı Şəki sakini Ağciyər İnstitutunda öldü (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, Şəki rayon sakini 1958-ci il təvəllüdlü xəstə aprelin 18-də ağır vəziyyətdə ETACXİ-yə daxil olub. 
Xəstə aidiyyəti üzrə şöbəyə yerləşdirilib və həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülüb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyərlərin infiltrativ vərəmi VMB (+), 2-ci tip şəkərli diabet, insulinə tələbat, diabetik nefropatiya, arterial hipertenziya, insultdan sonrakı hal, aşağı ətrafların parezi diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.
Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.
TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.