Onun canına qəsd etməsinin səbəbləri məlum deyil.
Şəki rayonunda intihar baş verib. Hadisə rayonun Kiş kəndində qeydə alınıb. Kiş kənd sakinlərinin. Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgər Ələsgər oğlu Niyzarov özünü yaşadığı evin həyətindəki mal tövləsindən asıb.
Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar edilib və hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırmalar aparıb. Hələlik 62 yaşlı kişinin canına qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Dünyasını dəyişən şəxs Şəki şəhərində yerləşən bazarda ticarətlə məşğul imiş və onun iki övladının olduğu bildirilir.
Ölkə ərazisində sonuncu intihar Salyanda qeydə alınıb. Rayonun Qaraçala kənd sakini, 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, Ruhəngiz Babayeva yeni ailə qurub. Onun bir azyaşlı övladı olub.
Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür. (Anspress)
Qaynarinfo