Xəbər lenti

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir (VİDEO)
Video 23:32 24.07.2026

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir (VİDEO)

Zərdabın Dəkkəoba kənd sakini Mirnazim Məmmədov 65 yaşını tamamlamasına baxmayaraq, pensiya hüququndan istifadə edə bilmir. Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə Mirnazim Məmmədov çıxış edib.

Onun sözlərinə görə, bu il martın 7-də pensiyaya çıxmaq üçün müvafiq sənədlərini təqdim edib. İlkin olaraq ona bir neçə gün ərzində pensiya kartını bankdan götürə biləcəyi deyilsə də, sonradan adına aktiv əmək münasibətlərinin olduğu məlum olub.

Vətəndaş iddia edir ki, 2020-ci ildə Bakıda işlədiyi dövrdə ona müxtəlif iş vədləri verilərək sənədləri ilə bəzi rəsmiləşdirmələr aparılıb.

Mirnazim Məmmədov məsələnin həll olunduğunu düşünsə də, pensiya üçün müraciət edərkən problemlə üzləşib. Hazırda elektron sistemdə onun adına iki əmək münasibətinin qaldığı bildirilir. Onlardan birində 250, digərində isə 270 manat əməkhaqqı göstərildiyindən sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər”ə bildirildi ki, Mirnazim Məmmədovun minimum 25 il sığorta stajı və ya 2006-cı ildən sonra formalaşmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Lakin vətəndaşın hazırda aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə müavinətin proaktiv qaydada təyin edilməsi də mümkün deyil. Mövcud qanunvericiliyə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə yaranır.

Hüquqşünaslar bildirirlər ki, hüquqi şəxslə işə götürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkündür. Müqaviləyə ya işəgötrən xitam verə bilər, ya da məhkəm qaydasında həll edilməlidir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən isə qeyd edilir ki, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->