Xəbər lenti

68 min manatlıq dələduzluq... - BAKIDA
Ölkə18:45 08.03.2016

68 min manatlıq dələduzluq... - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qızıl alveri ilə məşğul olan qadınlar polisə müraciət ediblər. 

Onlar Yasəmən Nəcəfova adlı qadının onlardan qızıl-zinət əşyaları alıb, pulunu ödəmədiyini bildiriblər.

Musavat.com-un məlumatına görə, Bakı şəhər sakinləri Naibə Həsənova və Gülnarə Cəlalova polisə ərizə ilə müraciət ediblər. 

N.Həsənova Yasəmən Nəcəfovanın ondan 15 min manat, G.Cəlalova isə Yasəmən Nəcəfovanın ondan 53 min manat dəyərində  qızıl-zinət əşyaları aldığını və 3 il ərzində pulunu ödəmədiyini bildiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır. (musavat.com)

Qaynar.info