Xəbər lenti

7-ci kalonun baş çavuşu Mədət Quliyevə müraciət etdi
Ölkə07:37 16.03.2014

7-ci kalonun baş çavuşu Mədət Quliyevə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmisi oğluna görə Penitensiar Xidmətdən qovurlar

7-ci kalonda baş çavuş  işləyən Qinyazov Rəşad Əzizağa oğlu əmisi oğluna görə, Penitensiar Xidmətdə haqsızlıqla üzləşib. Bu səbəbdən baş çavuş general-leytenant M.Quliyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenant M.Quliyevə.

Cənab general!

Mən Qinyazov Rəşad Əzizağa oğlu 2008-ci ildən 7-ci kalonda baş çavuş kimi çalışmışam. Ancaq əmim oğlunun həbsxanada olmasını əsas gətirib məni qanusuz olaraq xidmətdən uzaqlaşdırıblar. 

Mənim barəmdə Sizə yazılan raport ən azı qərəzli və ədalətsizdir. Buna əminəm. Mən Sizin obyektivliyinizə və ədalətli insan olmağınıza inanıram. Siz böyük və şərəfli döyüş yolu keçmisiniz. Dəfələrlə Sizə müraciət etmişəm. Qəbulunuza düşməyə çalışsam da alınmayıb. 

Cənab general! 

Birincisi, mən əmim oğluna görə niyə məsuliyyət daşımalıyam? 6 il əvvəl işə qəbul olunanda mən belə bir öhdəlik götürməmişəm. Ancaq buna baxmayaraq bu barədə kalonun rəhbərliyinə məlumat vermişəm. 

İkincisi və ən dəhşətlisi odur ki, işdən çıxarılmağımla bağlı əmrdən çıxarış almaq üçün dəfələrlə müraciət etsəm də heç bir nəticəsi olmayıb. Sizin əməkdaşların məqsədi mənim öz hüquqlarımı qorumaq üçün məhkəməyə müraciət etməklə bağlı müddəti ( 30 gün ) bitirməkdir. 

Cənab general! 

Bir daha Sizə öz hörmətimi bildirərək mənim pozulmuş hüquqlarımın bərpa olunmasına kömək etməyinizi xahiş edirəm".

Qaynar.info