Xəbər lenti

7 dəfə sərxoş halda avtomobil idarə etdi, 99 il həbs cəzası aldı
Dünya 21:39 06.12.2023

7 dəfə sərxoş halda avtomobil idarə etdi, 99 il həbs cəzası aldı

ABŞ-da məhkəmə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 7 dəfə həbs olunan bir adamı 99 il həbs cəzasına məhkum edib.

Qaynarinfo bu barədə "Fox News"a istinadən xəbər verir.

Məlumata görə, Virgil Brayant Texas ştatında kənd şossesində həbs edilib. Polis həmin şəxsin avtomobilində spirt içki şüşələri tapıb və onun qanında spirtin konsentrasiyası qanunla müəyyən edilmiş həddən 3 dəfə artıq olub.

Vergilin 14 il ərzində sərxoş halda avtomobil idarə etdiyinə görə 7 dəfə həbs edildiyi bildirilir. Bundan əlavə, 2009-cu ildə həmin şəxs 40 il müddətinə həbs edilsə də, 2019-cu ildə şərti azadlığa buraxılıb.

Brayant sərxoş vəziyyətdə maşın sürdüyünə görə yenidən həbs edildikdən sonra məhkəmə onu 99 il həbs cəzasına məhkum edib. İşə baxan andlılar belə nəticəyə gəlib ki, həmin şəxs sərxoş halda avtomobil idarə edərkən avtomobildən silah kimi istifadə edə bilərdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->