Xəbər lenti

7 hərbi prokurorluq işçisi məsuliyyətə cəlb olunub
Ölkə14:08 23.01.2023

7 hərbi prokurorluq işçisi məsuliyyətə cəlb olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ildə 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
Belə ki, kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında” Azərbaycanın qanununda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.
Qeyd edilib ki, Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib.