
Qazax rayon sakinini ilan sancıb.
APA-nın verdiyi məlumata görə, rayonun Aslanbəyli kənd sakini, 2009-cu il təvəllüdlü Aysu Mustafa qızı Qəmbərli sağ əlin ilan sancması xəsarəti ilə Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Qaynarinfo.Az