Xəbər lenti

8 il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi
Ölkə15:09 16.07.2020

8 il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 14-ü səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin bu gün qız övladı dünyaya gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qafqazinfo-ya məlumatı şəhidin yaxınları verib. Bildirilib ki, şəhidin qızına Narın adı verilib.
Xatırladaq ki, yaxınlarının bildirdiyinə görə, səkkiz ildir ailəli olan Y. Babayev övlad arzusunda olub.
Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.