Xəbər lenti

8 klub Azərbaycan kubokundan imtina etdi
İdman15:00 13.10.2014

8 klub Azərbaycan kubokundan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2014/15 mövsümündə Azərbaycan Kubokunda iştirak edəcək klubların sayı müəyyənləşib. Sport7.az xəbər verir ki, turnirə 18 komanda qatılacaq.

Bunların 10-u Topaz Premyer Liqasını təmsil edəcək. Qalan 8 klub isə I divizionun iştirakçılarıdı. Aşağı liqanın 8 təmsilçisi isə kuboka qatılmaqdan imtina edib. Belə ki, "Turan-T", "Kəpəz", "Şəmkir", "Şuşa", "Bakılı", "Göyəzən", "Energetik" və "Mil-Muğan" Azərbaycan Kubokuna qatılmaqdan imtina edib.

Beləliklə, 2014/15 mövsümündə Azərbaycan kubokunda bu komandalar iştirak edəcək: "Araz Naxçıvan", AZAL, "Bakı", "İnter", "Neftçi", "Qarabağ", "Qəbələ", "Simurq", "Sumqayıt", "Xəzər Lənkəran" (hamısı Premyer Liqa), "Ağsu", MOİK, "Neftçala", "Lokomotiv", "Qaradağ Lökbatan", "Rəvan", "Şahdağ", "Zirə" (hamısı I divizion).

Qeyd edək ki, I divizionun püşkü oktyabrın 15-də AFFA-nın inzibati binasında atılacaq. Mərasim saat 15.00-da başlayacaq.

Qaynar.info