Bakıda 8 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlandı. İstintaq hərəkətləri davam etdirilir.