Xəbər lenti

853 gün Rusiya əsirliyində qalan ukraynalı baş verənlərdən danışdı
Dünya 21:52 29.10.2024

853 gün Rusiya əsirliyində qalan ukraynalı baş verənlərdən danışdı

Vinitsadan 22 yaşlı əsgər Vladislav Rusiya əsirliyində 853 gün qalıb. O, tammiqyaslı hücumun ilk günündə, yəni Kırım yarımadasında tapşırıq yerinə yetirərkən ələ keçirilib.

Qaynarinfo xəbər verir ki, hərbçi "Obşestvennı"ya açıqlamasında 2022-ci ildən 137-ci əlahiddə dəniz piyadaları briqadasının tərkibində döyüşdüyünü bildirib. 24 fevralda yoldaşları ilə birlikdə Kırımda döyüş tapşırığını yerinə yetirərkən ələ keçirilib. 

Vladislav əsirlikdəki şəraitin necə olduğunu belə xatırlayır: "Orada bir çuxur və baraklar vardı. Barakada sadəcə böyük bir otaq var idi, orada yataqlar, döşək, yastıq və nazik yorğan vardı. Divarlar daimi nəm idi, günəş işığı yoxdu və daimi rütubət olurdu".

Hərbçinin sözlərinə görə, işğalçılar əsirlərə həm fiziki, həm də psixoloji cəhətdən işgəncə verirmişlər. Hərbçi iki il ərzində - 2024-cü ilin fevralına qədər, Ukraynada baş verən hadisələrdən xəbərsiz qalıb, o zaman onun kamerasına gətirilən yeni əsirlərdən məlumat alıb. 

"2024-ün fevralında bizə 10 nəfər gətirdilər, onlardan xəbərləri öyrəndik. Onlar nə baş verdiyini danışdılar. İlk günlərdə necə irəlilədiklərini və nə qədər geri atıldığını gördüyümüzə görə çox təəccübləndik. Çünki burada, rusların dediyi kimi, hər şey o qədər də pis deyilmiş", - müdafiəçi xatırlayıb.

Vladislav işğalçıların ukraynalı hərbçilərə öz ölkələrində baş verənlər barədə pis xəbərləri sıramağa çalışdıqlarını qeyd edib. Onun sözlərinə görə, əsirlər buna inanmırdılar, lakin bu xəbərlərin daim təkrarı Rusiya cinayətkarlarının sözlərinin həqiqi olub-olmadığına dair qeyri-müəyyənliyi artırırdı.

Vladislav may 2024-cü ildə 14 yoldaşı ilə birlikdə əsirlikdən qayıdıb. Onu anası qarşılayıb. Əsirlikdən sonra müdafiəçi bir ay reabilitasiya keçib və həyata geri dönməyə başlayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->