Xəbər lenti

88 saylı marşrutda yol pulu biabırçılığı
Ölkə10:59 10.08.2013

88 saylı marşrutda yol pulu biabırçılığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl Nəqliyyat Nazirliyi Ramazan bayramı ilə əlaqədar paytaxda fəaliyyət göstərən bəzi marşrutlarda gediş haqqının pulsuz olması ilə bağlı qərar vermişdi. 

Sərnişinlərdən birinin Qaynar.info-ya verdiyi məlumata görə, göstərilən pulsuz xidmətin səhər saat 06:00-da gecə 24:00-a qədər olmasına baxmayaraq bəzi marşrutlar buna məhəl qoymayıblar. 

Paytaxtda sərnişinlərə xidmət göstərən 88 saylı marşrut da Nazirliyin göstərişinə əməl etməyərək, əhalidən gediş haqqı yığıb. Bəzi sərnişinlər bayram günü ilə əlaqədar olaraq gediş haqlarının pulsuz olduğunu desələr də, sürücülər bu qaydanın yalnız 18:00-a qədər qüvvədə olduğunu bildiriblər. 

Onu da qeyd edək ki, bütün əsas dayanacaqlardakı dispetçerlər marşrutlara daxil olaraq sərnişinlərə gediş haqqı ödəməmələrini tapşırıb. Bununla belə marşrut sürücüləri dispetçerlərin də tapşırığına məhəl qoymayaraq, sərnişinlərdən pul tələb ediblər. 

Qaynar.info