Avstraliyanın Viktoriya Premier Liqasında çıxış edən "Southern Stars" türk klubunun baş məşqçisi və 9 futbolçusu beynəlxalq mərc şirkətləri ilə razılaşaraq danışılmış oyunlar səbəbindən həbs olunublar.
Qaynar.info xəbər verir ki, Viktoriya şəhər polisi tərəfindən həyata keçirilmiş əməliyyat zamanı klubun məşqçisi və 9 oyunçusu saxlanılıblar. Polisin verdiyi məlumatda danışılmalı oyunlar zamanı əldə edilən pulun miqdarı 2 milyon dollara yaxın olduğu və bunun ən böyük qalmaqal kimi Avstraliya tarixinə keçdiyi bildirilib.
Klubun prezidentu Ercan Çiçek isə verdiyi açıqlamasında məsələ ilə bağlı heç bir əlaqələrinin olmadığını deyib. Qaynar.info