9500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
Nazir bildiib ki, indiyədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib. Gələn həftə 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmələrin verilməsi üçün qərar qəbul edilməsi nəzərdə tutulub.
Sahil Babayevin sözlərinə, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb.