“AAAF Park” yaşayış kompleksində Vergilər Nazirliyi və Baş Prokuroryanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindənyoxlama aparıldığı və bu yoxlamalardan sonra MMC-nin rəhbəri TofiqHeydərovun saxlanılması barədə məlumatlar yayılıb. T.Heydərovun sələfidini icmasının əsas fiqurlarından biri və icmanın maliyyədəstəkçilərindən olması barədə də məlumatlar var.
Məsələ ilə bağlı “Yeni Müsavat” araşdırma aparıb və maraqlıdetallar üzə çıxarıb. T.Heydərovun AZAL-ın rəhbəri Cahangir Əsgərovlayanaşı, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə dəşərikli biznesi olması barədə təkzibolunmaz məlumatlar əldə etmişik.“AAAF Park” yaşayış kompleksi “Bakı Quşçuluq” ASC-nin ərazisində inşaedilib. ASC isə C.Hacıyevə məxsus olub. Bu barədə hələ ötən saylarımızdaASC-nin səhmdarı Şahin Əlizadəyə istinadən məlumat yaymışdıq.
“Bakı Quşçuluq” ASC-nin torpaqları necə mənimsənilib?
Ş.Əlizadə redaksiyamıza bildirmişdi ki, “Bakı Quşçuluq” ASC-ninminor səhmdarları (kiçik pay sahibləri - red.) Beynəlxalq Bankın İdarəHeyətinin sədri, səhmdar cəmiyyətinin səhm paketinin gerçək yiyəsiCahangir Hacıyevi müəssisəyə məxsus torpaq sahələrini qanunsuz olaraqAZAL-ın baş direktoru Cahangir Əsgərova satmaqda ittiham edirlər.
Səhmdarın sözlərinə görə, Cahangir Hacıyev Cahangir Əsgərovu “BakıQuşçuluq” ASC-nin minor səhmdarları ilə qarşı-qarşıya qoymaq istəyir:““Bakı Quşçuluq” ASC tam özəlləşdirilmiş səhmdar cəmiyyətidir. ASC-ninnəzarət səhm zərfi “Xəzər Menecment Sistems” MMC-yə məxsusdur. MMC-nintəsisçisi C.Hacıyevin ortağı olan Xəqani Bəşirovdur".
Yada salaq ki, X.Bəşirovun adı 2 il öncə qəzetlərin manşetinibəzəyirdi. Onun adı təsisçisi olduğu şirkətlər vasitəsilə AzərbaycanBeynəlxalq Bankından alınmış 185 milyon dollar kreditinmənimsənilməsində hallanırdı. Daha doğrusu, bu işlə bağlı cinayət işiaçılmış və 2011-ci ilin sentyabrın 12-də Xətai Rayon MəhkəməsindəX.Bəşirovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Həbsdənverilən apelyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsi təmin etməyib vəXətai Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdı. Ancaq 2012-ciilin yanvarında X.Bəşirov gözlənilmədən azadlığa buraxılır və ölkənitərk edir. Hazırda onun Bakıya qayıtması ilə bağlı məlumatlar var.
Ş.Əlizadənin sözlərinə görə, “Bakı Quşçuluq” ASC 36 hektar torpaqsahəsində yerləşmişdi və həmin torpaq sahəsi tam özəl idi. 2011-ci ildəsəhmdar cəmiyyətin ləğvi prosesi başlandı və bununla “Xəzər MenecmentSistems” MMC ilə minor səhmdarlar arasında konfliktə start verildi:"Cəmiyyətin ləğvetmə komissiyasının ASC-ni qeyri-qanuni yollarla ləğvedib minor səhmdarları mülkiyyət hüquqlarından məhrum etmək istəyigetdikcə konflikti dərinləşdirirdi. Əvvəllər səhmdar cəmiyyətə məxsustorpaq sahəsində “AAAF-İnşaat” MMC şəhərcik inşa edib, mənzil vəvillaları ayrı-ayrı vətəndaşlara satırdı. ASC-nin minor səhmdarlarıəvvəllər ehtimallar irəli sürürdülər ki, cəmiyyətin ləğvi əslindəqeyri-qanuni torpaq sahəsinin alqı-satqı edilməsini ört-basdır etməkməqsədini güdürdü. Son zamanlar ələ keçən sənədlər onu təsdiq etdi ki,səhmdarların ehtimalları düz imiş".
Cahangir Hacıyevin “Şəki gedişi”
Səhmdarın sözlərinə görə, ASC-nin tam özəlləşdirilmiş 30 hektardançox torpaq sahəsi 19 avqust 2011-ci il tarixində alqı-satqı yolu iləsatılıb: “Ləğvetmə prosesinə isə yalnız 30 sentyabr 2011-ci il tarixindəstart verilib. Torpağı satandan sonra Cahangir Hacıyev ASC-ni Şəkiyəköçürmək istəyirdi, hətta buna dair məsələni bir dəfə səhmdarların ümumiyığıncağına da çıxarmışdı. Lakin sonradan, görünür, torpaq sahəsininalıcısının təkidi ilə cəmiyyətin ləğvinə başlandı. Lakin son zamanlaryəqin haqsız olduğuna görə məhkəmə çəkişmələri ona bahaya oturduğundanCahangir Hacıyevin adamları ona çalışır ki, məhkəmələrdə mübahisələrsona çatmamış ASC-ni hüquqi şəxslərin reyestrindən çıxarmağa nail olsunvə bununla da hüquq-mühafizə orqanları qarşısında cavabdehlikdaşımasınlar. ”Bakı Quşçuluq" ASC aradan çıxandan sonra səhmdarlarınbütün mümkün iradlarına və iddialarına “AAAF-İnşaat” MMC-nin cavabverməli olacağı barədə fikir dövriyyəyə buraxıblar. ASC-nin minorsəhmdarları düşünürlər ki, C.Hacıyev qəsdən C.Əsgərovla səhmdarlarıqarşı-qarşıya qoymaq istəyir.
Bunu ASC-yə məxsus torpaq sahəsinin “AAAF-İnşaat” MMC-yəsatılmasına dair alqı-satqı müqaviləsinin surətlərinin səhmdarlaratəqdim edilməsi də təsdiq edir. Sanki bununla səhmdarlara deməkistəyirlər ki, “budur, sizə məxsus torpaq sahəsini ucuz qiymətə ələkeçirən şəxs, gedin ondan öz payınızı istəyin. Bununla bağlı səhmdarlarartıq Cahangir Əsgərova müraciət ünvanlayıb ki, ”əgər Cahangir Hacıyevistədiyinə nail olsa, onda səhmdarlar məcbur qalıb öz etiraz vəiddialarını AZAL rəhbərinə qarşı yönəldəcəklər". Çünki sənədlərə görə,səhmdarları talayan məhz “AAAF-İnşaat”dır, məhz bu MMC torpaq sahəsinidəfələrlə bazar qiymətindən aşağı qiymətə alıb. Minor səhmdarlaranlayırlar ki, alqı-satqı müqaviləsində göstərilən qiymət real qiymətdeyil və sövdələşmə tam başqa şərtlər əsasında baş verib. Məhz busəbəbdən bu gün mübahisələr məhz Cahangir Hacıyevin komandası iləsəhmdarlar arasında gedir. Sonuncular hesab edirlər ki, onlara çatasıləğvetmə payını C.Hacıyevin komandası mənimsəyib".

“AAAF-İnşaat” torpağı 5 dəfə ucuz qiymətə ələ keçirib
“Bakı Quşçuluq” ASC-nin özəlləşdirilməsində də qanunsuzluğa yolverilməsi ilə bağlı iddialar var. ASC-nin veteranı və səhmdarı,müəssisənin sabiq direktoru Adil Mirzəyev bir qədər öncə “Yeni Müsavat”abildirmişdi ki, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev“Xəzər Menecments Sistems” MMC-nin sədri, sabiq deputat DünyaminXəlilovla fabriki qanunsuz yolla ələ keçirdikdən sonra müəssisənin qaragünləri başlayıb.
A.Mirzəyevin sözlərinə görə, C.Hacıyev və D.Xəlilov “Bakı Quşçuluq”ASC-ni ələ keçirəndən sonra müəssisənin əmlakının talan edilməsinəstart verilib: “Heç bir əsas olmadan fabrikin ümumi balans dəyəri sünişəkildə, indiki hesabla 6 milyon manatdan çox azaldılıb. Fabrikə məxsustorpaq sahəsi özəlləşdirilərkən 11,4 hektar az göstərilib, 194 min başmüxtəlif yaş qruplarından olan quşlar və 48 milyon ədəd yumurta sənədsizsatılaraq mənimsənilib. Bundan başqa, ASC-yə məxsus olan, mühasibatuçotuna əsasən qalıq dəyəri 2 milyon 791 min 187 manat təşkil edən 63adda əsas vəsaitlər, eləcə də 107 adda dəyəri 779 min 368 manat olanavadanlıqlar tikililər kimi satılıb”.
Səhmdar daha sonra bildirir ki, ASC-nin ərazisində 2010-cu ilinfevral ayından qanunsuz inşaat işləri aparan “AAAF-İnşaat” MMC ilətikintinin birlikdə davam etdirilməsi üçün Beynəlxalq Bank 18 avqust2011-ci ildə ASC-yə 5 il müddətinə 20 milyon manat ipoteka kreditiayırıb. Bundan cəmi 1 gün sonra, 19 avqust 2011-ci ildə isə dövlətə vəbiz səhmdarlara məxsus 31 hektar ərazi “AAA-İnşaat” MMC-nin başdirektoru Tofiq Heydərova qanunsuz olaraq 8 milyon 925 min manatasatılıb. Halbuki həmin ərazidə torpağın 1 sotunun bazar qiyməti 15 minmanatdır. Yəni real bazar qiyməti 46,5 milyon manat olan ərazi 5 dəfəucuz qiymətə satılaraq mənimsənilib.
Cahangir Hacıyev adaşına “torba tikir”
Səhmdarların sözlərinə görə, C.Hacıyevin adamları ASC-niqeydiyyatdan çıxarmaqla C.Əsgərovu “döyüş meydanında” səhmdarlarla təkqoyarkən çox gözəl anlayırlar ki, müflisləşdirilmiş “Bakı Quşçuluq”ASC-dən fərqli olaraq “AAAF-İnşaat” MMC özünü qeydiyyatdan çıxarıbaradan çıxa bilməz: "Çünki “AAAF-İnşaat” Azərbaycan Ağır AtletikaFederasiyasının inşaat şirkətidir və inşa etdiyi şəhərcikdə də AğırAtletika Kompleksini tikdirir. Şirkətin rəhbəri Tofiq Heydərov CahangirƏsgərovun müavini statusunda olan şəxsdir və hər hansı bir neqativ faktaşkara çıxarsa, C.Əsgərovun həm cəmiyyətdə, həm də dövlət başçısınıngözündə imici korlana bilər. Bu səbəbdən “AAAF-İnşaat”ın özünü ləğv edibsəhmdarlarla şəhərciyin sakinlərini üz-üzə qoyması qeyri-mümkündür.C.Hacıyev yəqin düşünür ki, səhmdarlarla üz-üzə qalan C.Əsgərovunadamları çıxılmaz vəziyyətə uğrayıb ikinci dəfə xərcə düşüb problemihəll edər. Səhmdarlar bunu haqsızlıq saydığına görə C.Əsgərova müraciətedib bu ssenarinin inkişafının qarşısını almağa çağırıblar. Minorsəhmdarlar hesab edirlər ki, mübahisə yalnız C.Hacıyevin komandası iləsəhmdarlar arasında getməlidir. Lakin hadisələrin sonrakı inkişafısəhmdarlardan asılı deyil, onu yalnız zaman göstərəcək".

Hadisələrin sonrakı inkişafı səhmdarların haqlı olduğunu üzəçıxarıb. C.Hacıyev oyundan çıxıb və bütün məsuliyyət C.Əsgərov və onunmüavini F.Heydərovun üstündə qalıb. F.Heydərovun isə sələfi icmasınınmaliyyə dəstəkçisi olması hüquq-mühafizə orqanlarının diqqətindənyayınmayıb və onun fəaliyyəti nəzarətə götürülüb. Hazırda səhmdarlarla“AAAF-İnşaat” MMC arasında məhkəmə çəkişməsi var. Vergilər Nazirliyi“Bakı Quşçuluq” ASC-dəki maliyyə pozuntularını da təftiş edir. Ortadakülli miqdarda mənimsəmə faktları var. F.Heydərovun hədəfə gəlməsi “BakıQuşçuluq” ASC-dəki qanunsuzluqların yenidən aktuallaşmasına səbəb olub.İndi araşdırmalarda həm Cahangir Əsgərovun, həm Cahangir Hacıyevin, həmdə onun biznes tərəfdaşları olan sabiq deputat Dünyamin Xəlilov vəqalmaqallı biznesmen Xəqani Bəşirovun adı keçir. Təbii ki, bu şəxslərinsələfi icmasına aid olmasını iddia etmək qeyri-ciddi təsir bağışlayabilər. Ancaq fakt budur ki, bu şəxslər sələfi icmasının maliyyədəstəkçisinin biznes tərəfdaşları olublar. Araşdırmalar da bu müstəvidəaparılır.

Tofiq Heydərovun xaricdəki biznesi
Sonda onu da qeyd edək ki, T.Heydərovun fəaliyyəti təkcə“AAAF-İnşaat” MMC ilə məhdudlaşmır. O, həm də “Zirvə İdman Kompleksi”MMC-nin sahibidir. “Zirvə İdman Kompleksi” MMC Moldovada Avropa MərkəziMəşq Bazasının tikintisini həyata keçirir. Razılaşmaya görə, bu bazapaytaxt Kişinyovdan 30 kilometr aralıda, 1 080 000 kvadrat metr ərazidəqurulur. Bu barədə MMC-nin rəsmi məlumatında deyilir.
Rəsmi məlumata görə, bu kompleksin ətrafında da “AAAF Park YaşayışKompleksi”nin bənzərinin tikilməsi nəzərdə tutulub". MMC-nin “ZirveInternational Sport Clubs” (ZİSC) layihəsi çərçivəsində Türkiyə,Rusiya, Bolqarıstan, Moldova, Gürcüstan, Ukrayna və Polşada idmankompleksləri inşa etdirilib. Bu işləri sələfilərin Azərbaycan icmasınınmaliyyə dəstəkçisi Tofiq Heydərov həyata keçirib. Yəni T.Heydərovsıradan bir biznesmen deyil. Burada söhbət sələfilərin beynəlxalqsəviyyədə təşkilatlanmış biznes şəbəkəsindən gedir.
Yazıda adları çəkilən şəxslərin, qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.//
musavat.com