Xəbər lenti

AAYDA qaydaları pozdu, məhkəməyə verildi
Ekonomiks08:08 09.05.2023

AAYDA qaydaları pozdu, məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məhkəməyə verilib. 
Qaynarinfo-nun məlumatına görə, AAYDA gömrük qaydaları əleyhinə olan xətanı törətdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50-100 manat məbləğdə, vəzifəli şəxslər 150-250 manat məbləğdə, hüquqi şəxslər 300-500 manat məbləğdə cərimə edilir.
İşlər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun icraatındadır.
Əhməd