Xəbər lenti

ABŞ büdcəsi ilə bağlı vəziyyət Ukraynaya elan edilmiş yardımı dayandırmayacaq
Dünya 17:55 01.10.2023

ABŞ büdcəsi ilə bağlı vəziyyət Ukraynaya elan edilmiş yardımı dayandırmayacaq

"ABŞ-ın müvəqqəti büdcəsi ilə bağlı vəziyyət Ukraynaya əvvəlcədən elan edilmiş dəstəyin axınını dayandırmayacaq. Ukrayna hakimiyyəti amerikalı tərəfdaşlarla yeni yardım fondları üzərində işləyir".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko "Facebook”da yazıb.

"ABŞ-ın müvəqqəti büdcəsi ilə bağlı vəziyyət Ukraynaya daha əvvəl elan edilmiş yardımı dayandırmayacaq. İndi müdafiə sənayesi üçün təxminən 1,6 milyard ABŞ dolları və birbaşa büdcə dəstəyi üçün 1,23 milyard ABŞ dolları, habelə humanitar və enerji layihələri üçün vəsait nəzərdə tutulub", deyə XİN sözçüsü bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsünə görə, Amerika hökumətinin "bağlanması” Ukrayna üçün hazırkı proqramların həyata keçirilməsinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, hazırda Ukrayna hakimiyyəti amerikalı tərəfdaşlarla fəal işləyir ki, ABŞ-ın yaxın 45 gün ərzində işlənib hazırlanacaq yeni büdcə qərarında Ukraynaya yardım üçün yeni vəsait daxil edilsin:

"Biz unutmuruq ki, Amerikada siyasi proseslərlə bağlı daxili siyasi müzakirələr davam edir. Ukraynaya dəstək həm ABŞ administrasiyasında, həm də ABŞ Konqresinin hər iki partiyasında və palatalarında, ən əsası isə Amerika xalqı arasında sabit və güclü olaraq qalır”.

Qeyd edək ki, ABŞ Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya əlavə yardım paketini nəzərdə tutmayan hökumətin 45 gün müddətinə müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->