Dünya 15:55 18.02.2024

ABŞ Çin və Hindistandan kosmosa silahına görə Rusiyaya təsir göstərməyi xahiş edib

ABŞ Dövlət katibi Entoni Blinken Çin və Hindistandan kosmosa nüvə silahının yerləşdirilməsi məsələsində Rusiyaya təsir göstərməyi xahiş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.

NYT yazır ki, ABŞ kəşfiyyatı Rusiyanın minlərlə rabitə peykinə təhlükə yarada biləcək yeni kosmik silah növü hazırladığını aşkar edib. Lakin Rusiya Federasiyası orbitdə nüvə silahı yerləşdirsə belə, Amerika rəsmiləri onların dərhal istifadə olunmayacağı ilə razılaşırlar.

Əvəzində o, aşağı orbitdə "saatlı bomba” rolunu oynayacaq. Bu, Putinə, əgər sanksiyalar ona çox sərt görünsə və ya Ukraynada və ya onun hüdudlarından kənarda Qərbin hərbi müqaviməti ilə qarşılaşarsa, dünya əhalisinə ciddi ziyan vurmadan Qərb ölkələrinin iqtisadiyyatını məhv etmək imkanı verəcək.

Nizami Bağırov