Dünya 15:55 16.05.2022

ABŞ erməniləri Qarabağ uğrunda müharibəyə hazırlaşır (VİDEO)

ABŞ-ın Qlendeyl şəhərində erməni diasporu Ermənistandakı "Müqavimət” hərəkatına dəstək yürüşü keçirib. 

Qaynarinfo xəbər verir ki, etiraz yürüşündə aksiya iştirakçıları "Birlik, mübarizə, qələbə, türksüz Ermənistan, satqın Nikol” şüarlar səsləndiriblər.

Onlar əvvəlcə Ermənistanın Qlendeyldəki konsulluğu qarşısında toplaşıblar, sonra yürüş edərək bütün erməniləri onlara qoşulmağa çağırıblar.

Erməni əsilli amerikalılar qeyd ediblər ki, ya Nikolla Qarabağsız gələcək var, ya da Qarabağ Nikolsuz gələcək. Aksiya iştirakçıları isə Qarabağ uğrunda döyüşməyi əsas tutaraq bütün dünya ermənilərini mübarizəyə qoşulmağa səsləyiblər.
 
Alpər