Siyasət 22:17 23.05.2022

ABŞ-ın müdafiə naziri Ukraynaya silah tədarükü ilə bağlı razılaşmaları açıqladı

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya Federasiyasına qarşı müharibədə beynəlxalq dəstək qrupundan Ukraynaya silah tədarükü ilə bağlı razılaşmaları açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "RBC-Ukrayna" bu barədə Pentaqonun yekun brifinqinə istinadən xəbər yayıb.
Ostin Danimarka tərəfindən Ukrayna sahillərini qorumaq üçün gəmi əleyhinə "Harpoon" raketləri və onlar üçün buraxılış qurğusunun təhvil verildiyini elan edib. O, həmçinin Çexiyaya hücum helikopterləri, tanklar və raket sistemləri ilə bağlı yardıma görə təşəkkür edib.
 
"Bir neçə ölkə, xüsusən də İtaliya, Yunanıstan, Norveç və Polşa kritik artilleriya sistemləri və döyüş sursatlarının yeni ianələrini elan etdi.  Ramştayndakı Təmas Qrupunun görüşündən sonra cəmi 4 həftə ərzində yardım və təchizat dinamikası möhtəşəm olub. Və bugünkü müzakirədən sonra, mən irəli getmək məqsədilə səylərimizi artırdığımızı elan etməkdən məmnunam”, deyə Pentaqon rəhbəri bildirib.

Onun sözlərinə görə, Ukraynanın bütün müttəfiqləri Rusiyanın əsl niyyətini aydın başa düşür. Moskva dünya nizamına və azad dünyaya meydan oxumağa çalışdı, lakin Qərb buna qarşı çıxmağa davam edəcək.

Nizami Bağırov