Xəbər lenti

Texnologiya 17:34 10.04.2024

ABŞ "Kaspersky Lab"ı qadağan etməyə hazırlaşır

ABŞ prezidenti Co Baydenin administrasiyası Amerika şirkətlərinə və vətəndaşlarına milli təhlükəsizlik məqsədləri üçün "Kaspersky Lab" tərəfindən hazırlanmış proqram təminatından istifadəni qadağan etməyi düşünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Qərar işlənmə mərhələsindədir və bu ayın əvvəlində verilə bilər. "Kaspersky Lab"a ABŞ-da müəyyən məhsul və xidmətlərə girişin qadağan edilməsi nəzərdə tutulur.

CNN qeyd edir ki, ABŞ dövlət qurumlarına bu şirkətin proqram təminatından istifadə etmək artıq qadağandır, lakin Bayden administrasiyasının oxşar qadağanı özəl şirkətlərə şamil etməyi planlaşdırır.

"Kaspersky Lab" ASC kompüter virusları, spam, haker hücumları və digər kibertəhlükələrdən qorunma sistemlərinin işlənib hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət 200-dən çox ölkədə təmsil olunur. "Kaspersky Lab"ın mərkəzi ofisi Moskvada yerləşir.

Şirkət birbaşa cihazların özlərində quraşdırılmış sistem mühafizə proqramlarının dörd aparıcı qlobal istehsalçısından biridir (Endpoint Protection). Rusiyada şirkət bazar lideridir - onun payı 2023-cü ildə 94% təşkil edib.

2022-ci ilin mart ayında ABŞ Federal Rabitə Komissiyası laboratoriyanı milli təhlükəsizliyi təhdid edən qurumlar siyahısına əlavə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?