ABŞ administrasiyası "Visa” və "Mastercard”ın tərk etdiyindən sonra rusların xaricə ödəniş etmələri üçün sonuncu qanuni yollardan biri olaraq qalan Rusiyanın "Mir” ödəmə sisteminə qarşı sərt tədbirlər görmək qərarına gəlib.
Qaynarinfonun xəbərinə görə, ABŞ Maliyyə Nazirliyi cümə axşamı bildirib ki, 2015-ci ildə istifadəyə verilən və 2022-ci ilin yayına qədər 134 milyon plastik kartla "Mir" sistemi sanksiyalar altında olan insanların iştirak etdiyi əməliyyatlar üçün istifadə edilə bilər.
ABŞ-ın Xarici aktivlərə nəzarət idarəsi (OFAC) Rusiyanın Ödəniş kartların millis sisteminin (ÖKMS, "Mir” sisteminin operatoru) baş direktoru Vladimir Komlevə qarşı sanksiyaların tətbiq edildiyini
açıqlayıb.
O, bütün aktivlərinin dondurulması və viza qadağası ilə qara siyahıya salınıb.
Bundan əlavə, idarə xəbərdarlıq edir ki, hələlik ÖKMS-nin özünə qarşı sanksiyalar tətbiq edilməsə də, xaricdə sistemlə əməkdaşlıq edən banklara qarşı sanksiyalar tətbiq oluna bilər.
"İndi "Mir” kartları dünyanın 11 ölkəsində qəbul edilir, onlardan yalnız üçü postsovet məkanından kənarda yerləşir - bunlar Vyetnam, Cənubi Koreya və Türkiyədir. Rusiya turoperatorları Malayziya, Myanma və Tailand sistemlərinə qoşulmaq planlarını açıqlayıblar.
Amma sistemin coğrafiyasını genişləndirmək planlarını uzun müddətə təxirə salmaq lazım gəlir. OFAC-ın bəyanatında deyilir: "ABŞ-dan kənarda ÖKMS ilə yeni müqavilələr bağlayan və ya mövcud olanları genişləndirən maliyyə qurumları Rusiyanın sanksiyalardan yayınma cəhdlərini dəstəkləmək riski daşıyır”.
İdarə vurğulayır ki, "Rusiya Federasiyasından kənarda "Mir” ödəniş sisteminin istifadəsini <...> genişləndirənlərə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
ABŞ xəbərdarlığı ilk növbədə beş bankın (Vakıfbank, Ziraat Bank, İş Bankı, DenizBank və Halkbank) Rusiya kartlarını qəbul etdiyi Türkiyəyə yönəlib. Üstəlik, son ikisi Ukraynada müharibə başlayandan sonra sistemə qoşulub.
"Financial Times” yazır ki, ABŞ Rusiyaya qarşı sanksiyalardan yan keçmək, ticarəti artırmaq və müharibədə ikitərəfli mövqe tutmaq üçün "mərkəz”ə çevrilən Türkiyənin iddialarını rəsmən açıqlamaq niyyətindədir.
Planların hazırlanmasında iştirak edən Qərb rəsmiləri FT-yə bildiriblər ki, məqsəd türk banklarına təzyiqi artırmaqdır. Avropa İttifaqı Türkiyə hökumətinin nümayəndələri ilə birbaşa danışıqlar aparmaq üçün Ankaraya nümayəndə heyəti göndərəcək. Oktyabr ayında maliyyə xidmətləri üzrə Avropa komissarı Meyrid Makginnes səfər edəcək.
Xatırladaq ki, avqust ayının əvvəlində Azərbaycan Mərkəzi Bankı ölkədə Rusiyanın "Mir" ödəniş sisteminin tətbiqi imkanlarının müzakirə edildiyini açıqlayıb. AMB-nin baş direktoru Fərid Osmanovun sözlərinə görə, bu məsələ siyasi və iqtisadi aspektlər nəzərə alınmaqla, müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə və Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.
Nizami Bağırov