Dünya 09:40 29.06.2022

ABŞ Rusiya tankerini ələ keçirdi

ABŞ səlahiyyətliləri Luiziana ştatında Yeni Orlean limanına gedən Rusiya tankerini ələ keçirib.

Qaynarinfo bu barədə "The Wall Street Journal”a istinadla xəbər verir ki, "Daytona” adlanan tanker Yunanıstanın gəmi sahibi "TMS Tankers Ltd" şirkətinə məxsusdur və İsveçrədə yerləşən "Vitol Trading Company" tərəfindən icarəyə götürülüb.

Gəmi iyunun əvvəlində Rusiyanın Qara dənizdəki "Taman" yarımadasından yanacaq və qaz daşıyırmış.
Qeyd edilir ki, bu tanker Nyu Orlean limanında lövbər atmalı idi.

M.Arif