Xəbər lenti

ABŞ Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq sazişini müzakirə edir - NYT
Dünya 23:55 20.09.2023

ABŞ Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq sazişini müzakirə edir - NYT

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı krallığın İsraillə münasibətlərinin normallaşdırılmasının şərti kimi hərbi əməkdaşlıq sazişinin bağlanması imkanını müzakirə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmiləri arasında olan mənbələrə istinadən "The New York Times" (NYT) məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton və Ər-Riyadın müzakirə etdiyi saziş ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə bağladığı müdafiə sazişlərinə bənzəyəcək. Sənəddə göstərilir ki, Birləşmiş Ştatlar krallığa və ya digər Yaxın Şərq dövlətinə hücum ediləcəyi təqdirdə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməyi öhdəsinə götürür.

"Vəliəhd şahzadə Məhəmməd bin Salman Birləşmiş Ştatlarla müdafiə sazişini ABŞ prezidenti Co Bayden administrasiyası ilə Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılmasına dair danışıqlarının vacib aspekti hesab edir", NYT yazır. 

Səudiyyə rəsmiləri müdafiə sahəsində əməkdaşlığın İran və ya onun müttəfiqlərinin potensial hücumlarının qarşısını almağa kömək edəcəyinə inanırlar.

Bununla belə, ABŞ Konqresi ABŞ və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq sazişinə qarşı çıxa bilər. Bəzi yüksək vəzifəli ABŞ qanunvericiləri, xüsusən də demokratlar Səudiyyə hökumətini və şahzadə Məhəmməd bin Salmanı "ABŞ-ın maraqlarına və insan haqlarına az əhəmiyyət verən etibarsız tərəfdaş” kimi qiymətləndirirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->