ABŞ Dövlət Departamentinin və Avropa Komissiyasının nümayəndələri almaz biznesinin iştirakçıları ilə görüş keçirib, burada Rusiyanın qiymətli daşlardan gəlir əldə etməsini necə dayandırmaq məsələsini müzakirə ediblər.
Qaynarinfo Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına istinadla
xəbər verir ki, "Rusiya almaz ticarətindən milyardlarla dollar qazanmağa davam edir və söhbət bu gəlir axınının kəsilməsinin ən təsirli yollarından gedir”.
Dövlət Departamenti və Avropa Komissiyası sənaye nümayəndələrini "Rusiya ilə bağlı, o cümlədən brilyantlarla bağlı gələcək idxal tədbirlərində” iştirak etməyə çağırıb.
Alpər
Şərhlər