Xəbər lenti

ABŞ və Rusiya arasında məxfi Qarabağ danışıqları?
Siyasət09:34 12.06.2023

ABŞ və Rusiya arasında məxfi Qarabağ danışıqları?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənilər növbəti dəfə feyk məlumatlar yayırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov iki həftə öncə İsveçrədə ABŞ və Rusiya nümayəndələri arasında danışılqarın getdiyi barədə erməni mətbuatının yazdığını şərh edərkən deyib.
"Düşünürəm ki, ABŞ-Rusiyanın müzakirə apara biləcəkləri ən zəruri məsələ Rusiya-Ukrayna münaqişəsinin qarşısının alınmasıdır. Bu münaqişə dayandırılmadan, ikinci və üçüncü dərəcəli münaqişələrin müzakirə edilməsi ağlabatan deyil. Digər tərəfdən, ABŞ Rusiyanın Qafqazda sülh danışıqlarına vasitəçilik etməsi deyil, onun birdəfəlik regionu tərk etməsi barədə düşünür. Ermənilər belə bir görüşün olduğunu iddia etməklə, onu vurğulayırlar ki, guya Vaşinqton Cənubi Qafqazda geosiyasi təsiri zəifləyən Rusiyanın simasının saxlanılmasında maraqlıdır. İrəvan hər iki tərəfə xoş gəlmək üçün belə bir məlumatı uydurub”. 
Qeyd edək ki, erməni mətbuatı İsveçrədə ABŞ və Rusiya nümayəndələri arasında iki həftə əvvəl danışıqların getidyini iddia edir. İddiaya görə,  görüşdə Ukrayna məsələsilə yanaşı, Abxaziya, Azərbaycan-Ermənistan münasibətləri də müzakirə predmeti olub. 
Məlumatda bildirilir ki, tərəflər postsovet məkanında bir sıra ərazi münaqişələri üzərinə qırmızı xət çəkmək niyyətlərini xüsusi olaraq vurğulayıblar. Həmçinin bildirilir ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında Moskva danışıqlarına da dözümlü yanaşdığını qeyd edib. Bu isə erməni ekspertlərə görə, Vaşinqtonun Cənubi Qafqazda geosiyasi təsirini itirən Rusiyanın simasını saxlaması istəyilə bağlıdır. 
Rüfət Sultan