Xəbər lenti

ABB-dən biznes sahibləri üçün
Ekonomiks 12:42 25.02.2025

ABB-dən biznes sahibləri üçün "Çevik" fürsət

ABB bizneslər üçün yeni "Çevik” xidmət paketini müştərilərin istifadəsinə verib.

"Çevik” paketi biznes sahiblərinə ehtiyaclarına uyğun əməliyyatları seçərək öz paketlərini yaratmağa imkan verir. Bu paketdən faydalanaraq müştərilər gündəlik maliyyə əməliyyatlarını daha sərfəli idarə edə bilərlər. Yaradılan "Çevik” paketi limitləri daxilində yerli və beynəlxalq ödənişlər, əməkhaqqı köçürmələri, nağd vəsaitlərlə əməliyyatlar tam komissiyasızdır.

Bu paketlə biznes sahibləri aşağıdakı xidmətlərdən pulsuz faydalana bilərlər:

· Bank hesabının açılması;

· Digər bankdaxili köçürmələr;

· Ölkədaxili köçürmələr;

· Respublikadan kənara köçürmələr;

· Hesabdan nağd vəsaitin verilməsi (AZN və ya xarici valyutada);

· Bankın kassaları vasitəsilə hesaba nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);

· Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);

· Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə (AZN və ya xarici valyutada);

· Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə (AZN və ya xarici valyutada);

· Əmək haqqı layihəsi çərçivəsində vəsaitin əməkhaqqı kartlarına köçürülməsi;

· Bankın alış/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları;

· Hesab üzrə çıxarışların verilməsi;

· İnternet bankçılıq xidmətinə qoşulma;

· İnternet bankçılıq parol kalkulyatorunun əldə edilməsi (açarların sayı bir və ya iki olduqda)

· Korporativ və ya biznes kartının verilməsi

Üstəlik, "Çevik” xidmət paketinə indi qoşulan müştərilər 1 iyun 2025-ci il tarixinədək onu 60% endirimlə əldə edəcəklər. Məhsulu buradan sifariş vermək olar.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->